Rayon İcra Hakimiyyəti yanında Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və
qarşıda duran vəzifələrlə əlaqədar keçirdiyi müşavirə ilə əlaqədar şura iclası keçirilmişdir.
Rayon Vergi Şöbəsinin rəisi Nurəddin Allahverdiyev məruzə ilə çıxış etdi. Məruzəçi vergi ödənişləri ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirdi.
Təhsil Şöbəsinin baş məsləhətçisi Nəcəf Həsənov da çıxış edərək təhsil sahəsində qazanılan müvəffəqiyyətlərdən, baş verən nöqsanlardan və problemlərdən danışdı.
Rayon əhalisinin tibbi müayinədən keçirilməsi haqqında məsələ də müzakirə olundu. Müzakirədə mərkəzi xəstəxananın baş həkimi Məmməd Nağıyev bildir ölkə Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi mütəşəkkil şəkildə həyata keçirilir. Fevral ayında
672, mart ayında isə 872 nəfər tibbi müayinədən keçib. Az
müddətə bu mühüm proses müvəffəqiyyətlə başa çatdırılacaq.
Kosalar kənd İƏD üzrə nümayəndəsi Şahid Rzayev, Cəmilli üzrə nümayəndə Ramiz Qəhrəmanov, İcra Hakimiyyəti başçısının müavini,
ictimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək rayon səviyyəsində keçirilən bir çox tədbirlərin məzmununu açıqladılar.
Musiqi məktəblərində tədrisin vəziyyəti haqqında İH başçısının müavini Lamiyə Qarayeva çıxış edərək musiqi məktəblərində tədrisin vəziyyəti, baş verən nöqsanlar haqqında ətraflı məlumat verdi.
Rayon İH-nin başçısı Şahmar Usubov çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildirdi, rəy və
təkliflərini verdi, qarşıda duran vəzifələri diqqətə çatdırdı və şuranın işini yekunlaşdırdı.
Şura iclasında müzakirə olunun məsələlərə müvafiq qərar qəbul olundu.